(1957)
Azərbaycan müğənnisi və xanəndəsi, Azərbaycan Respublikasının Xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2016), Gəncə Dövlət Filarmoniyasının direktoru (1997–2016), Gəncə Dövlət Filarmoniyası nəzdində Göygöl Dövlət Mahnı və Rəqs ansamblının solisti (1975-hal hazıradək), Gəncə Musiqi Kollecinin xanəndə müəllimi (2000-hal hazıradək), Yeni Azərbaycan Partiyasının üzvü (1995-hal hazıradək), Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri üzvü, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Mədəniyyət işçiləri həmkarlar ittifaqının üzvü.
Şahnaz Haşımovanın respublikanın hüdudlarından çox-çox uzaqlarda milli musiqimizin, muğamatımızın tanınmasında, təbliğində xüsusi xidmətləri vardır. Bir çox xarici ölkələrdə dəfələrlə Azərbaycan musiqisinin əsl təbliğatçısı olmuş, yetişdirdiyi gənc müğənnilərlə Azərbaycanda və xarici ölkələrdə Azərbaycan musiqisini layiqincə təmsil etmişdir.