(1930-2002)
Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2000).
Sərvər İbrahimov 1946–1955-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1955–1964-cü illərdə isə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1978–1988-ci illərdə "Azkonsert" Qastrol-Konsert Birliyində çalışmışdır. Bir çox xanəndələri, o cümlədən Xan Şuşinskini müşayiət etmişdir.
1985–2002-ci illərdə Sərvər İbrahimov Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərmişdir. 28 oktyabr 2000-ci ildə ona "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilmişdir.