(1930-1997)
Azərbaycan mahir klarnet ifaçısı.
Zaqafqaziya ümumqoşun hərbi hissə musiqi kollektivləri arasında keçirilən bir çox müsabiqə və festivallarda Şəmsəddin İmanov uğur qazanaraq hərbi hissə komandanlığının fəxri fərman və təşəkkürnamələrini alıb.
Notlu əsərlərlə yanaşı, ona ən çox populyarlıq gətirən milli musiqi, xalq mahnıları ifaçılığı olub. 1952-ci ildə hərbi xidməti uğurla başa vuran Şəmsi o dövrdə bir çox ustad klarnet ifaçıları ilə tanış olub. Suliddin İsmayılov, Nəsrulla Səmədov, Nadir Axundov, Bəhruz Zeynalov və digər tanınmış klarnet ifaçılarının lent yazılarına dönə-dönə qulaq asıb. Hər xırda xalı, nəfəsi öyrənməyə cəhd edib.
İlk dəfə 1956-cı ildə radionun fondu üçün səs yazılışına dəvət alıb. O günü onun ifa etdiyi "Kolxoz rəqsi" və "Xançobanı" oyun havaları bədii şura tərəfindən razılıqla qarşılanaraq radionun qızıl fonduna daxil edilib.