(1923-2008)
Azərbaycan müğənnisi, Azərbaycanın xalq artisti (1993), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordeni laureatı.
Erkən yaşlarından özünü büruzə verən musiqi istedadı onu bütün həyatı boyu muğam sənətinə bağlamışdır. O, 1939–1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil almış və peşəkar xanəndə kimi çıxış etməyə başlamışdır. Əmək fəaliyyətinə ilk əvvələr İkinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər vermişdir daha sonra 1944-cü ildə Azərbaycan Radio Komitəsinin xor kollektivində müğənni kimi başlayan(1946–1949) Tükəzban İsmayılova 1948–1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur(1939–1946, 1949–1978).
Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (1978–2008) solisti olmuşdur.1994–2004-cü illərdə isə İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərmişdir.