(1929)
Slovakiyalı orqan ifaçısı, musiqi nəzəriyyəçisi və pedaqoq. O, Avropanın ən görkəmli orqan ustalarından biri hesab olunur. Klinda həm klassik (xüsusilə İ. S. Bax), həm də müasir bəstəkarların (məsələn, Olivye Messian) əsərlərinin mahir ifaçısıdır. O, dünyanın bir çox ölkələrində qastrollarda olmuş, 30-dan çox qrammofon valı yazdırmış və orqan sənətinə dair bir neçə fundamental dərslik müəllifidir.