(1932-1992)
Musiqiçi, nağara ustası, Azərbaycanın əməkdar artisti.
Uşaq yaşlarından musiqiyə güclü marağı olan Çingiz Mehdiyevi ana babası Qulam, Üzeyir Hacıbəyovun yanına aparmışdır. Üzeyir Hacibəyov isə onu Bakı Musiqi Məktəbinin violonçel sinfinə götürmüşdür. Lakin bu aləti Çingiz sevməmişdir. Bundan sonra öz istəyi ilə Bakı Musiqi Məktəbinin zərb alətləri sinfinə qəbul oldu. Burada təhsil alarkən Qara Qarayev təkidi ilə konservatortyaya sənədlərini verir və qəbul olur.