(1932-1996)
Xanəndə. Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsidir. 1953 ildə Ağdam musiqi məktəbinə qəbul olunmuşdur. M.Məmmədov Seyid Şuşinskidən muğamları öyrənmiş və professional xanəndə kimi püxtələşmişdir. S.Şuşinski onun «Rast» və «Mahur» muğamlarını ifa etməsini yüksək qiymətləndirirdi. M.Məmmədov 1955 ildə Bakıda musiqi olimpiadasında iştirak etmiş, onun oxuduğu «Segah» muğamı dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanmış və radioda lentə alınmışdır. Həmin illərdən başlayaraq, ADF-nın solisti kimi konsert proqramları ilə çıxış etmiş, qastrol səfərlərində olmuşdur. O, həm də opera müğənnisi kimi Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Zeid və İbn Salam partiyalarını ifa edib.
M.Məmmədov geniş səs diapazonuna malik xanəndə olub, zəngule virtuoz ifaları ilə seçilib. M.Məmmədov ifa etdiyi muğamın mahiyyətinə dərindən nüfuz etməklə dinləyicilərdə güclü emosional və bədii təsirə nail olmuşdur. Azərbaycan Çar Cümhuriyyətinin kolleksiyalarına onun ifasında “Bayatı-Şiraz”, “Segah”, “Zabul-Segah”, “Rast”, “Qatar”, “Qarabağ şikəstəsi” muğamları, bir sıra mahnı və təsnifləri daxildir.