(1949-2003)
Rusif Məmmədov Azərbaycan xalq və bəstəkar mahnılarının peşəkar ifaçısı, tanınmış xanəndə olmuşdur. O, əvvəlcə Azərbaycan Dövlət Filarmoniyasının, daha sonra isə "Azkonsert" birliyinin solisti kimi fəaliyyət göstərmişdir. Yumşaq və ürəyəyatan səs tembri ilə seçilən sənətkarın repertuarına "Bəri bax", "Mirzə dayı", "Güllü" kimi məşhur mahnılar daxil idi. Onun ifaları Azərbaycan Milli Kitabxanasının elektron musiqi arxivində və qızıl fondda qorunub saxlanılır.