(1970)
Xanəndə. Azərbaycan Respublikasının xalq artisti (2014). Azərbaycanlı xanəndə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın bacısı.
1988-1992-ci illərdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Texnikumunda təhsil alıb. 2002-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xanəndə (solo ifaçılıq) şöbəsində təhsil alıb. 1991-ci ildən 2014-cü il martın 1-dək Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında solist vəzifəsində çalışıb. 1992-ci ildən Milli Opera və Balet Teatrının solistidir. 1996-cı ildən Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində müəllim işləyib.