(1956)
Xanəndə, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fərdi təqaüdcüsü, Dosent, BMA-nın böyük elmi işçisi, Müdafiə Nazirliyinin Hərbi Orkestrinin Solisti.
Musiqi təhsilini Asəf Zeynallı adına Musiqi kollecində almış, paralel olaraq isə tibb kollecində də oxumuşdur . Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş buranı da fərqlənmə diplomu ilə başa vurmuşdur. İlk iş yeri Azərbaycan Dövlət Filarmoniyası olmuşdur. Peşəkar səhnəyə gəldiyi 1974-cü ildən Azərbaycanın rayon və kəndlərində, o cümlədən SSRİ dövründə bütün müttəfiq respublikalarda, 100-ə yaxın avropa ölkəsində (Yaponiya, Amerika, Fransa, Norveç, İsveç, Avstriya, Almaniya və s.) çoxsaylı Ərəb və Afrika ölkələrində festivallarda, qastrol səfərlərində Azərbaycan xalqının milli dəyərlərini, muğamlarımızı təmsil edərək bayrağımızı göyə qaldırmışdır (Vyetnamda Xalqlar Dostluğu medalı (1980), Yaponiyada Min-On (İpək Yolu) festivalı (1989) , Norveçdə festivalın lureat adına (1984), Babil festivalında laureat adına (1989) layiq görünmüşəm) və s. bir çox ölkələrdə uğurlar qazanmış, bayrağımızı yüksəltmiş, laureat adlarını qazanmışdır.