(1867-1953)
XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış azərbaycanlı xanəndə-müğənni, neft sənayeçisi. Seyid Mirbabayevin prototipini bəstəkar Cahangir Cahangirov “Xanəndənin taleyi” operasında yaradıb. Mirbabayev Bakı muğam məclislərinin işində fəal iştirak etmişdir. Seyid Mirbabayevin ifasında bir sıra muğamlar qrammofon vallarına yazılıb. 1906-cı ildə Mirbabayev Riqaya qrammofon şirkətində ifasını yazmaq üçün dəvət alıb.