(1943)
7 yaşından qarmon ifaçiliğı sənətini öyrənməyə başlamışdır. 1953–1957-ci illərdə Bakıda keçirilən baxış və olimpiadaların iştirakçısı olmuşdur. Qazandığı uğurlu çıxışlarına görə birinci dərəcəli medal və fəxri fərmanlarla təltif olunmuşdur.
Zakir Mirzəyev Azərbaycan Radiosunun Qızıl fonduna daxil olmuş 135-a qədər musiqi nümunəsi ifa etmişdir. 100-ə qədər rəqs musiqisi bəstələmiş, onlardan 50-dən çoxu müntəzəm şəkildə radio və televiziya vasitəsilə səsləndirilir. İndiyənə kimi sadalanan hər iki təhsil qurumunda çalışır.