(1953)
Azərbaycan Respublikasının Əməkdar artisti (2007).
Mahnı oxumağa 8-9-cu sinifdə oxuyarkən başlayıb. Sumqayıtda, orta məktəbdə oxuyanda, Oktay Kazıminin estrada orkestrində həm rəqsə gedib, həm də oranın solisti olub. 1971-ci ildə ilk dəfə dövlət televiziyasında Baba Salahovun ansamblı ilə canlı efirə çıxıb. Elə həmin illər "Dan ulduzu"nun solisti olub. 1972-ci ildən Mahnı teatrının, 1974-ci ildən Azərbaycan Dövlət Rəqs Ansambln, 1975-ci ildən Dövlət Filarmoniyasının solisti olub.