(1965)
Azərbaycan Respublikasının Xalq Artisti
Zabit Nəbizadə 1991-1995-ci illərdə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun "Solo oxuma" (xanəndəlik) şöbəsində, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsində təhsil almışdır.
2000-ci ildən Bakı Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən Zabit Nəbizadə, 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsində pedaqoq kimi çalışır.
Sənətçi dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində Azərbaycanı layiqincə təmsil etmişdir. 2005-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 2011-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.