(1944-2009)
Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti.
Ağcabədidə dünyaya gəlib. Xan Şuşinskini, Seyid Şuşinskini, Yaqub Məmmədovu, Zülfü Adıgözəlovu özünün müəllimləri sayıb. Zülfü Adıgözəlovla qohumluğu olan atasının gözəl səsi olub. Anasının da, dayılarının da gözəl səsi olub. Ana tərəfdən Yaqub Məmmədovla, Mütəllim Mütəllimovla qohum olan S. Novruzov bu sənətin ilkin sirlərini elə onlardan öyrənib. Qardaşlarının içində Qaçayın səsi daha gözəl idi. Sənətə gələn isə yalnız Sabir Novruzov olub.