(1981)
Azərbaycanlı müğənni.
Tərtər şəhərində anadan olub. Nizami rayonu 272 saylı orta məktəbdə 1-ci sinifdən 5-ci sinfə qədər oxuyub. 5-ci sinifdən təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində respublikanın xalq artisti, şöhrət ordenli muğam ifaçısı Əlibaba Məmmədovun sinfində davam etdirib.
1993-cü ildə Azərbaycan televiziyasında keçirilən 7/17 musiqi telemüsabiqəsində laureat olub. 1997-ci ildən 1999-cu ilə qədər bəstəkar, professor, musiqiçi, Rafiq Babayev adına orkestrın rəhbəri Səyavuş Kərimi ilə çalışıb. 2004-cü ildən 2006-cı ilə qədər bəstəkar Vaqif Gərayzadənin “Aypara” qrupunda fəaliyyət göstərib.