Toğrul Qəniyev beş yaşından musiqi ilə məşğul olub. Onun ilk müəllimi, atası Azərbaycanın görkəmli violin ifaçısı, professor Sərvər Qəniyev olub. Musiqi təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirib. 14 yaşında Zaqafqaziya Beynəlxalq musiqi müsabiqəsinin qalibi olan T.Qəniyev 1993-cü ildən Türkiyənin Bilkənd Simfonik Orkestrinin aparıcı solisti və konsertmeysteridir. Eyni zamanda, Bilkənd Universitetinin musiqi fakültəsində səhnə sənəti və simli alətlər kafedrasının müəllimidir.