(1961)
Qarabağ muğam ənənələrinin davamçısı olmuşdur. Atası Aşıq Abdulla Qarabağın məşhur aşıqlarından idi, dastanları və muğamları böyük məharətlə ifa edirdi.
Zahid Quliyev peşəkar musiqi təhsilini Bakıda almış, 1986-cı ildə Azərbaycan Dövlət Musiqi Məktəbi-ni bitirmişdir. Sahib Şükürov, Nəriman Əliyev, Hacıbaba Hüseynov kimi muğam ustadlarından dərs almışdır. Həmin ildə o, Cabbar Qaryağdıoğlu adına respublika musabiqəsində II yerə layiq görülmüşdür.