(1918 - 2012)
Amerikalı skripkaçı. 70 illik solo karyerası ərzində dünyanın 65 ölkəsində 6000-dən çox konsert vermişdir. Dəfələrlə SSRİ-də qastrolda olmuşdur (1957-ci ildən başlayaraq). İndiana Universiteti, Culyard Məktəbi və Miçiqan Universitetində skripka dərsləri vermişdir. O, həmçinin Avstriyanın Salzburq şəhərindəki Mozarteum Universitetində də dərs demişdir.