(1935-2011)
Xanəndə. Azərb. xalq artisti (). Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri. Q.Rüstəmov Ağdam rayonunda xanəndə kimi yetişmişdir. Əvvəlcə ADMM-də ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi çox məşhurlaşmışdır. Qarabağın toy məclislərində, el şənliklərində Qədir Rüstəmov muğam dəstgahları böyük məharətlə ifa etmişdir.
Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahlar – «Rast», «Çahargah» lentə alınaraq radionun fondunda saxlanılır. Yüksək tessituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətlərini nümayiş etdirməyi bacarır. O, oxuduğu muğamlarda uzun və coşğun zəngulələr vurması ilə də fərqlənir. Onun «Sona bülbüllər» mahnısı xüsusilə çox sevilir.