(1972)
Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2015).
Uzun illər Şuşa rayon Qaladərəsi kənd Uşaq Musiqi Məktəbində muğam müəllimi, keçmiş Azərbaycan Dövlət Muğam Teatrında və Gəncə Dövlət Filarmoniyasında solist fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblında solist kimi fəaliyyət göstərərək cəbhə bölgələrində, hərbi hissələrdə vətən müdafiəçiləri qarşısında konsert proqramları ilə çıxış edib. Hal-hazırda isə Beynəlxalq Muğam Mərkəzində solist və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olur.