(1958)
Xanəndə, əməkdar artist.
Onun xanəndəlik sənətində ilk uğuru "Mirzə Hüseyin" muğamı oldu. Ardınca "Rast" muğamı onun xanəndəlik sənətinin pasportu oldu. Bu ifadan sonra o, "Bayatı Qacar", "Hümayun", "Rahab" muğamlarını da ifa etdi və lentə alınaraq Azərbaycan Televiziyasının qızıl fonduna daxil edildi. Xanəndənin silsilə olaraq onlarla xalq mahnıları, təsnif, aşıq musiqisini və görkəmli bəstəkarların xalq üslubunda yazdıqları əsərlərini də ifa etmişdir. B. Sevdiyeva hal-hazırda Az. Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam kafedrasının müəlliməsidir. Hal-hazırda yaradıcılığı intensiv davam edir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə muğam ifaçılıq sənətində səmərəli fəaliyyətinə görə ona Respublikanın Əməkdar artisti fəxri adı verilmişdir.