(1940)
Müğənni, aktrisa, film iştirakçısı. Azərbaycan Respublikasının əməkdar artisti(2006), Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü(2005).
R. Şirinova 1962–64-cü illərdə A. Zeynallı adına Bakı Musiqi texnikumunda qocaman xanəndə Seyid Şuşinskinin kursunda təhsil almış, daha sonra – 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.
Hələ tələbə ikən "Lalə" qızlar ansamblının, 1964–1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülmüşdür.