(1882–1951)
Avstriyalı pianoçu və bəstəkar. O, musiqi tarixinə Bethovenin əsərlərinin ən böyük təfsirçilərindən biri kimi düşüb. Şnabel Bethovenin bütün 32 sonatasını qrammofon valına yazdıran ilk pianoçudur. Onun ifa tərzi texniki nümayişdən uzaq, dərin intellektual və fəlsəfi yanaşması ilə seçilirdi. Şnabel həm də Motsart və Şubert yaradıcılığının yenidən qiymətləndirilməsində böyük rol oynamışdır.