SSRİ-də yaranmış ilk orkestrlardan biri.
Dövlət Simfonik Orkestri 1920-ci ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılmışdır. Yeni yaradıldığı vaxtlarda dahi bəstəkar Bethovenin 150 illiyinə həsr olunmuş yubiley konsertlərində böyük proqramla çıxış etmişdir. Həmin konsertlərdə Bethovenin 1-ci, 3-cü və 9-cu simfoniyaları, fortepiano və orkestr üçün 5-ci konserti, "Leonora 3" uvertürası səsləndi. Müxtəlif illərdə dövlət simfonik orkestri ilə M. Çernyaxovski, U. Qoldşteyn, A. Stolerman və başqa dirijorlar işləmişlər.