(1949)
Sovet və Amerika pianoçusu və musiqi pedaqoqu. Parisdə keçirilən Marqarita Lonq və Jak Tibo adına müsabiqənin 3-cü mükafatını qazanıb (1971). 1973-cü ildə Van Klibern adına Beynəlxalq Pianoçular Müsabiqəsinin 1-ci mükafatının və iki xüsusi mükafatın laureatı olub. Moskva Filarmoniyasının solisti olub, 1975–1988-ci illərdə Moskva Konservatoriyasının professoru kimi fəaliyyət göstərib. 1988-ci ildən daimi olaraq ABŞ-da yaşayır. Şimali Texas Universitetinin professoru kimi dünyanın hər yerində aktiv şəkildə konsertlər verir və ustad dərsləri keçir. Yetirmələri arasında beynəlxalq müsabiqələrin 50-yə yaxın 1-ci və 2-ci mükafat laureatı var. Kaliforniyada keçirilən "Rus musiqisi" müsabiqəsinin və Nyu-Yorkda Vladimir Viardo müsabiqəsinin münsiflər heyətinin sədridir.