close
icon E-kataloq və kitabxana

18-25 iyul tarixlərində Milli Kitabxananın Treninq Mərkəzində “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində kitabxananın trenerləri tərəfindən tədris olunan “İnnovasiya texnologiyalarının kitabxana

25-07-2016

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında 18-25 iyul tarixlərində Milli Kitabxananın Treninq Mərkəzində “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində kitabxananın trenerləri tərəfindən tədris olunan “İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətləri” mövzularında treninq təşkil olunmuşdur.

Treninqdə Bakı şəhər kitabxanalarının əməkdaşları iştirak etmişlər. Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olmuşlar. Sonda müdavimlərə sertifikatlar təqdim edilmişdir.