close
icon E-kataloq və kitabxana

Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri cənab Dan İanku Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru prof. Kərim Tahirov qəbul etmişdir.

04-11-2016

Noyabr ayının 04-də Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri cənab Dan İanku Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru prof. Kərim Tahirov qəbul etmişdir.
Görüşdə  Azərbaycan ilə Rumıniya  arasında münasibətlərin möhkəm əsaslar,  qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğundan danışılmış, milli kitabxanalar arasında da əlaqələrin genişləndirilməsinin zəruriliyi bildirilmişdir. 
Cənab  səfir ölkəmizə yeni təyin olunduğunu bildirmiş, hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə təkan verəcəyini söyləmişdir.
Cəfiri kitabxana ilə tanış edən direktor müavini Ədibə İsmayılova onu kitabxananın yeni layihəsi olan “Açıq kitabxana” ilə tanış  etmişdir. Cənab səfir “Açıq kitabxana”nı bəyənmiş, çox maraqlı və əhəmiyyətli layihə olduğunu söyləmiş, “Xatirə kitabı”na öz ürək sözlərini yazmışdır.
Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), mədəniyyət obyektlərini özündə əks etdirən xəritə və Azərbaycan ədəbiyyatı kitabı qonağa hədiyyə verilmişdir.