(1949-2006 )
1972-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini professor Q.Qarayevin sinfi üzrə bitirmişdir. "Humay" Milli mükafatı laureatı, Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru olmuşdur. 1972-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasında dərs deyib. Bəstəkar Soltan Hacıbəyovun oğludur.