(1940-2007)
Azərbaycan müğənnisi, vokalist, Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Televiziyasının solisti, Azərbaycan SSR əməkdar artisti (1989).
Y. Səfərov A. Zeynallı adına musiqi texnikumunun vokal və kamança şöbələrini, Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsini bitirdikdən sonra o, uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Şikrətinin solisti olmuşdur. Y. Səfərov Kuba, Avstriya, Macarıstan, Danimarka, Türkiyə və bir çox xarici ölkələrdə konsertlərlə çıxış etmiş, Azərbaycan musiqi sənətini müvəffəqiyyətlə təmsil etmişdir. O, Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ilk ifaçısı olmuşdur. Y. Səfərov 1974-cü ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Naxçıvan MR-in Əməkdar Artisti, 1989-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adlarına layiq görülmüşdür. F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solisti kimi əsgərlər qarşısında tez-tez çıxışlar etmişdir.