close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “10 Mart – Milli Teatr Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

10-03-2021

Əsası 1873-cü ilin mart ayında M.F.Axundovun “Lənkəran xanının vəziri” tamaşası ilə qoyulmuş Azərbaycan teatrı keşməkeşli illər yaşayaraq zamanın mühakiməsində təsdiqini tapmışdır. Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidmətləri olmuş sənətkarlar nəslinin formalaşması xalqın ictimai şüurunun yüksəlməsində müstəsna rola malik oldu.

Azərbaycan milli teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin, dünyagörüşü ilə bağlıdır. Azərbaycan xalq teatrı yarandığı zamandan realist özəllik daşımışdır.

Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli “Milli Teatr Günü”nün təsis edilməsi haqqında sərəncamı ilə hər il mart ayının 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd olunur.

Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “10 Mart – Milli Teatr Günü adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/10_Mart_Milli_Teatr_Gunu/index.htm linkindən istifadə edə bilərlər.