close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “15 Sentyabr Bilik Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olundu

15-09-2020

Azərbaycanda 15 sentyabr tarixi Bilik günü kimi qeyd olunur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün Bilik Günü kimi qeyd olunmağa başlayıb. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “15 Sentyabr Bilik Günü”adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycan təhsil sistemi, Azərbaycanda təhsil tarixi, təhsil siyasəti, təhsilin inkişaf strategiyası və s.  mövzularda  materiallar və fotolar təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/index.html linkindən istifadə edə bilərlər.