close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “21 Fevral – Beynəlxalq Ana dili Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

21-02-2022

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Əlamətdar gün 1999-cu ildə Banqladeşin təşəbbüsü ilə UNESCO tərəfindən elan olunub.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn siyasətinin nəticəsidir.

Bu gün münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “21 Fevral – Beynəlxalq Ana dili Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin ana dili haqqında fikirləri, fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_ana_dili_gunu/index.htm linkindən istifadə edə bilərlər.