close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “26 İyun – Narkomaniya və Narkobizneslə Mübarizə Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

25-06-2021

Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.

Ölkə ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur.

Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “26 İyun – Narkomaniya və Narkobizneslə Mübarizə Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar kitablar, məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Narkomaniya_ve_Narkobiznesle_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.