close
icon E-kataloq və kitabxana

3 noyabr 2014-cü il tarixində Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydy Azərbaycan Milli Kitabxanasında olmuşdur.

03-11-2014

3 noyabr 2014-cü il tarixində Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydy Azərbaycan Milli Kitabxanasında olmuşdur. Milli Kitabxananın direktoru Kərim Tahirovla görüşdə qonaq 15 ildir ki, Azərbaycanda fəaliyyət göstərən Mərkəz haqqında məlumat vermiş, onun fəaliyyətindən, alimlərlə keçrdiyi görüşlərdən bəhs etmişdir.

Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığı genişləndirmək məqsədilə Sami Elaydy alimlərin kitabxanada keçirilən tədbirlərə dəvət edilməsini, səyyar sərgilərin keçirilməsini, eləcə də kitabxana oxucularının Mərkəzdə pulsuz təşkil olunan ərəb dili kurslarında iştirak etməsini təklif etmişdir.

 Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da bu görüşdən məmnunluğunu ifadə edərək bu Mərkəzlə birlikdə təşkil olunmuş tədbirlərdən, Azərbaycan və Misir Milli Kitabxanaları arasında olan əməkdaşlıqdan danışmış, Qahirə və İskəndəriyyə kitabxanalarında olduğunu söyləmişdir. O, hər ölkənin Milli Kitabxanaları arasında olan əməkdaşlığın daha genişləndirilməsində Misir Mədəniyyət Mərkəzinin vasitəçi rol oynamasını təklif etmişdir.

Sonda isə tərəflər bir birlərinə kitab hədiyyə etmişlər.