close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar tədbir keçirilib

30-12-2022

Dekabrın 30-da Milli Kitabxanada 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar tədbir keçirilib. Mərasimdə bu günün Azərbaycan tarixindəki önəmindən, Ulu Öndər Heydər Əliyevin dünya Azərbaycanlılarının birliyinin möhkəmləndirilməsindəki rolundan, xalqımızın harada yaşamasından asılı olmayaraq daima birlik nümayiş etdirməsindən, haqq səsimizin dünyaya çatdırılması işində həmrəyliyimizin əhəmiyyətindən, azərbaycançılıq ideologiyasından, ölkəmizin uğurlarından, diasporların fəaliyyətindən danışılıb.

Tədbirdə 2023-cü il – “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən həm respublikamızda, həm də xarici ölkələrdə Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərini, dünyada tanıdılmasını və azərbaycançılıq ideologiyasına sadiqliyini tərənnüm edən tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb.  Mərasimdə vurğulanıb ki, qarşıda duran əsas vəzifələrdən biri Milli Kitabxananın 100 illik yubileyinin qeyd edilməsidir.

Tədbir çərçivəsində “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliy Günü” adlı geniş kitab sərgisinin açılışı olub. Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.

 

icon

Foto qalereya