close
icon E-kataloq və kitabxana

Fevralın 14-ü Beynəlxalq kitab bağışlama günüdür.

14-02-2018

Bu gün “Beynəlxalq kitab bağışlama günü”dür.

Qeyd edək ki, “Beynəlxalq kitab bağışlama günü” (“International Book Giving Day”) 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı -“Delightful Children’s”in yaradıcısı Emmi Brodmurun təşəbbüsü ilə irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb.

Beynəlxalq kitab bağışlama günü  uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir gündür.

“Beynəlxalq kitab bağışlama günü” münasibətilə  “Cahan” uşaq bagçasının balacaları Milli Kitabxananın qonağı olmuş, Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada “Beynəlxalq kitab bağışlama günü”nü qeyd etmişlər.

Balacalara kitab hədiyyə olunmuş, onlar da öz növbələrində Açıq Kitabxananın fonduna kitab hədiyyə  etmişlər. Müəllimə Fəttahova Nərmin xanım burada keçirtdikləri vaxtdan çox məmnun qalan balacalar adından Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirmiş və uğurlar arzulamışdır.

Sonda  qonaqlar xatirə şəkli çəkdirmişlər.

icon

Foto qalereya