close
icon E-kataloq və kitabxana

Açıq kitabxanada “Kitablar və biz” adlı tədbir

20-11-2018

Noyabr ayının 20-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 7L2 sinfinin şagirdləri “Kitablar və biz” adlı tədbir keçirmişlər.

Tədbirdən öncə şagirdlər Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuş, iş prosesini izləmişlər.

Şagirdlər kitabxananın Sərgi zalı, Nadir kitablar və kitabxana muzeyi şöbəsi, Not nəşrləri və səsyazmaları söbəsi və digər şöbələr ilə tanış olmuşlar.

Milli Kitabxananın nəzdində həftənin bütün günləri 24 saat fəaliyyət göstərən Açıq Kitabxana - sərbəst mütaliə məkanında “Kitablar və biz” adlı tədbirdə məktəblilər oxuduqları kitablar haqqında disskusiya etmiş, Xalq şairi Səməd Vurğun "Azərbaycan" şeirini, Xalq şairi Bəxtiyar Vahabzadənin “Vətəndaş” şeirini və digər görkəmli yazıcıların yaradıcılığından nümunələr səsləndirmişlər.

Milli Kitabxananın əməkdaşları tərəfindən məktəblilərə mütaliənin həyatımızdakı rolu haqqında, kitabın insanları, xüsusən gənclərimizi bilikli olmağa, gələcəyi aydın şəkildə görməyə, öz mövqeyini düzgün çatdırmağa kömək edən nadir vasitələrdən biri olduğu haqqında məlumat verilmişdir.

Uşaqlara rəhbərlik edən müəllimə Heydərova Sevda xanım Milli Kitbxananın fəal oxucularından biri oldugunu qeyd etmiş, ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı, məktəb şagirdləri arasında kitabların mütaliəsi və kitabxanalardan istifadə vərdişlərinin inkişaf etdirilməsi istiqamətində bu cür tədirin təşkili üçün Milli Kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirmiş, məktəblilərin bu məkandan unudulmaz xoş hisslərlə ayrılıqlarını xüsusi vurğulamış, onlara gələcəkdə tələbə olaraq bu kitabxananın oxucusu olmalarını arzulamışdır.

icon

Foto qalereya