close
icon E-kataloq və kitabxana

“Açıq kitabxanada bir gün”

13-11-2018

Noyabr ayının 13-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada 8 №-li tam orta məktəbin 3a sinif şagirdləri  “Açıq kitabxanada bir gün” adlı tədbir keçirmişlər.

Tədbirdən öncə şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, iş prosesini izləmişlər.

Şagirdlər kitabxananın sərgi zalında yer almış  “12 noyabr-Konstitusiya günüdür“, “Azəbaycan Xalq Cümhuriyyəti-100”, “Yaddan çıxmaz Qarabağ” sərgiləri ilə tanış olmuşlar. Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan unikal və miniatür kitablarla tanışlıq şagirdlərdə kitaba böyük maraq hissi oyatmışdır. Onlar kitabxananın Not nəşrləri və səsyazmaları söbəsi ilə tanışlıqdan böyük həzz almışlar.

“Açıq kitabxanada bir gün” adlandırılan bu tədbirdə uşaqlar kitab oxumağa çox sevdiklərini demiş, oxuduqları kitablar haqqında disskusiya etmişlər. Abdulla Şaiq, Abbas Səhhət, Zahid Xəlil  və s. görkəmli şairlərin yaradıcılığından seirlər söyləmiş, Azərbaycan Xalq nağıllarının obrazları haqqında məlumat əldə etmişlər.

 Uşaqlara rəhbərlik edən müəllimə Hüseynzadə Mina xanım şagirdlərin Açıq kitabxanada keçirdikləri bu gün üçün Milli Kitabxananın əməkdaşlarına təşəkkür etmiş,  şagirdlərin buradan unudulmaz xoş hisslərlə ayrıldıqlarını xüsusi vurğulamışdır.