close
icon E-kataloq və kitabxana

ALİSA Elektron Kitabxana Sisteminin və İnnovasiyaların kitabxanalara tətbiqi mövzusunda treninq yekunlaşdırılmışdır

18-04-2018

18.04.2018-ci il tarixində Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Salyan, Neftçala, Göyçay, Ağdaş Mərkəzi Kitabxanalarının əməkdaşları üçün 12-18 aprel 2018-ci il tarixlərində keçirilən ALİSA Elektron Kitabxana Sisteminin və İnnovasiyaların kitabxanalara tətbiqi mövzusunda  treninq yekunlaşdırılmışdır.
Treninq iştirakçılarına Milli Kitabxananın müdiriyyəti tərəfindən sertifikat təqdim edilmiş və onlara ALİSA Elektron Kitabxana Sisteminin və İnnovasiyaların kitabxanalara tətbiqi işində uğurlar arzulanmışdır.