close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib

12-12-2023

12 dekabr tarixində Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə bağlı tədbir keçirilib.

Tədbiri açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov iştirakçıları salamlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Direktor 12 dekabr tarixinin Müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin anım günü olduğunu bildirib. O, çıxışında Ümummilli liderin Azərbaycanı parçalamaqdan qurtardığını, onun gördüyü işlərin, ideyaların bu gün də yaşadığını, Azərbaycan xalqı, Müstəqil Azərbaycan Dövləti durduqca, yaşadıqca Ulu Öndərin əziz xatirəsinin daim xatırlanacağını, heç vaxt unudulmayacağını vurğulayıb.

Həmçinin o söyləyib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı olan cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakı ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib.

Daha sonra tədbir iştirakçıları təşkil olunmuş sərgiyə baxış keçiriblər. Sərgidə kitabxananın fondunda qorunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər nümayiş olunub.

icon

Foto qalereya