close
icon E-kataloq və kitabxana

Ankarada Türkiyə Milli Kitabxanasında Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə şairin həyat və yaradıcılığını özündə əks etdirən Azərbaycan Milli Kitabxanasının fondlarında qorunan kitablardan ibarət sərgi və foto sərgi açılmışdı

17-11-2016

Noyabr ayının 17-də Ankarada Türkiyə Milli Kitabxanasında Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə şairin həyat və yaradıcılığını özündə əks etdirən Azərbaycan Milli Kitabxanasının fondlarında qorunan kitablardan ibarət sərgi və foto sərgi açılmışdır. Tədbiri Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman açaraq İstanbul və Ankarada keçirilən yubiley tədbirlərindən danışmışdır. Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov ev sahibliyinə görə Türkiyə Milli Kitabxanasının direktoru Zülfi bəyə təşəkkürünü bildirmişdir.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı TÜRKSOY-un Baş katibi adından tədbir iştirakçıların salamlamış, Türkiyə Milli Kitabxanasına təşkilat adından hədiyyə təqdim etmişdir.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, prof. Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova şairin yaradıcılığından bəhs etmişlər.

Əməkdar artist Mehriban Zəki şairin şeirlərini səsləndirmişdir.

Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.