close
icon E-kataloq və kitabxana

Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan Milli Kitabxanası, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrası və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunm

28-04-2017

Aprel ayının 28-də Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan Milli Kitabxanası, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrası və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirmişdir.

Əvvəlcə ulu öndər Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi kitablardan ibarət "Böyük şəxsiyyətin kitab sevgisi" adlı sərginin açılışı olmuşdur.

Sonra ümummilli liderin Milli Kitabxanaya gəlişləri, kitabxanada çıxışlarına dair qısa videofilmin nümayışı olmuşdur.

Tədbiri kollecin direktoru h.ü.f.d. Qulu Novruzov açaraq tədbir iştirakçılarını salamlamışdır. O, öz çıxışında Azərbaycan dövlətçiliyinin, müstəqil Azərbaycanın formalaşmasında ümummilli lider Heydər Əliyev cənablarının  əvəzsiz xidmətlərindən danışmışdır. Q.Novruzov həmçinin gənc nəslə Azərbaycançılıq ideyalarının aşılanması istiqamətində kollecdə görülən işlərdən söz açmışdır.

Sonra söz Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirova verilmişdir. O, ulu öndərin Milli Kitabxanaya gəlişlərindən, onun kitaba və kitabxanaya verdiyi sonsuz dəyərdən, xalqımızın firavanlığı naminə həyata keçirdiyi mühüm tədbirlərdən, Azərbaycanın zəngin elmi, iqtisadi, mədəni, kadr potensialının təməlində apardığı milli quruculuq işlərindən danışmışdır.

Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi Söhrab Cəfərov ulu öndərin müstəqilliyimiz uğrunda əvəzsiz xidmətlərindən danışmışdır.

BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov “Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyəti və rolu” mövzusunda çıxış etmişdir.

Kollecin müəllimləri Lalə Əzimova və Sevinc Eyvazova çıxış edərək sərginin mühümlüyündən, gənc nəslin yetişməsində bu kitabların əhəmiyyətindın, ulu öndərin gənclərə verdiyi dəyərdən və s. danışmışlar.

Tədbirin sonunda K.Tahirov kollecə bir neçə kitab hədiyyə etmişdir.