close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası ilə Tacikistan Milli Kitabxanası arasında əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanmışdır

28-11-2017

Noyabrın 28 - də Düşənbə şəhərində İƏT-na  üzv ölkələrin Milli kitabxanaları direktorlarının 4 cü iclası öz işinə davam etmişdir.  Bu gün təşkilatın veb səhifəsinin ilkin variantı nümayiş olunmuş, fikir mübadiləsi aparılaraq üzv təşkilatlar təklif və iradlarını bildirmişlər. Saytın  ilkin olaraq rəsmi ingilis və rus dillərində fəaliyyət göstərməsi, hər təşkilat üzrə əlaqələndirici şəxsin təyin olunması, saytda üzv ölkələr haqqında məlumatın verilməsi, informasiyaların ötürülməsi və b. məsələlərin həlli  müzakirə olunmuşdur. Tədbirdə həmçinin növbəti toplantı  vaxtının və yerinin təyin  olunması məsələlərinə baxılmışdır.

Daha sonra Azərbaycan Milli Kitabxanası ilə Tacikistan Milli Kitabxanası arasında əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanmışdır. Azərbaycan, tacik və rus dilində imzalanan Memorandunda kitab mübadiləsinin inkişaf etdirilməsi, mədəni irsin qorunması və mühafizəsi, tədqiqi, qarşılıqlı sərgilərin təşkili, birgə layihələrin işlənməsi, beynəlxalq kitab sərgilərində və elmi konfranslarda iştirak, təcrübə mübadiləsi, elektron resurslardan qarşılıqlı istifafə və s. məsələlər əks olunur