close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin “Gəncliyin səsi” festivalı çərçivəsində tədbir keçirilmişdir.

03-02-2018

3 fevral 2018-ci il tarixində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə Dövlət Agentliyi,  Azərbaycan Yazıçılar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 2 fevral “Gənclər günü” ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin “Gəncliyin səsi” festivalı çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri, gənc şairlər – Şahanə MüşfiqFuad Cəfərli ilə görüş keçirilmişdir.

Tədbiri Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Elşad Ərşadoğlu açmışdır. O, Azərbaycan gənclərini bayram münasibətilə təbrik etmiş, Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olan “Gəncliyin səsi” adlı festival haqqında ətraflı məlumat vermiş, müstəqil Azərbaycanda dövlətimiz tərəfindən gənclərə verilən yüksək qiyməti qeyd etmişdir.

Çıxışçılardan şair Səlim Babullaoğlu, Qəşəm Nəcəfzadə, Məhərrəm Şəmkirli gəncləri Gənclər günü  münasibətilə təbrik edərək, onlara bütün sahədə olduğu kimi, ədəbiyyat sahəsində də göstərilən diqqət və qayğıdan söz açmış, gənc şairlərə gələcək işlərində yaradıcılıq uğurları arzulamışdır.

 Sonra söz “Qafqaz Media İctimai Birliyi”nin sədri Azadə Talehə verilmişdir. Azadə Taleh “Qafqaz Media İctimai Birliyi” tərəfindən təsis edilən, ölkəmizin ictimai-siyasi həyatındakı nümunəvi iştirakına görə və 2 fevral “Gənclər günü” münaibətilə “İlin fəal gənc yazarı”  və “İlin fəal və tanınmış gənc yazarı” fəxri fərmanlarını Şahanə Müşfiqə və Fuad Cəfərliyə təqdim etmişdir.

Gənc şairlər Şahanə Müşfiq və Fuad Cəfərli oz yaradıçılığından şeirlər söyləmiş, tədbir iştirakçılarını maraqlandıran suallara cavab vermişlər. Tədbirdə iştirak edən gənc şairlərdən Emin Süleymanov, Elvin Əlizadə, Şəhriyar Seyidov, İntiqam Yaşar, Gülnarə İsrafil, Oğuz Arpaslan, Tural Turan, Nuranə Nur və başqaları şeirlər söyləmişlər. Tədbirdə Baki şəhər 1, 3, 4, və 5 saylı Asan Xidmətin könüllüləri də iştirak etmişlər.

Sonda Mədəniyyət və Turizm Nazirliyinin Elm, Təhsil və Gənclərlə iş şöbəsinin əməkdaşı Məhəmməd Həmzəyev  çıxış edərək, 2 fevral “Gənclər günü” ilə bağlı belə bir növbəti tədbirin bölgələrdə  keçiriləcəyini diqqətə catdırmışdır.

Tədbirdə Milli Kitabxana tərəfindən təşkil edilmiş “Gəncliyimiz sabahımızdır” adlı kitab sərgisi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.