close
icon E-kataloq və kitabxana

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş respublika konfransı

06-12-2017

​Dekabr ayının 6-da Milli Kitabxanada Azərbaycan Milli Kitabxanası, Bakı Humanitar Kolleci və Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrası birgə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş respublika konfransı keçirmişdir. Konfransı Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamladı, sonra tədbir iştirakçıları ümummilli lideri bir dəqiqəlik sükutla yad etdilər.  
Ulu Öndərin öz şəxsi kitabxanasından Milli Kitabxanaya hədiyyə etdiyi kitabların sərgisi ilə tanış oldular. “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət-Heydər Əliyev” adlı sərgi maraqla qarşılandı. Sonra ulu öndər Heydər Əliyevin Milli Kitabxanada çıxışına dair qısa video film nümayiş olundu (3 iyun 1995-ci il). Ulu öndərin həyat yoluna nəzər salan Kərim Tahirov müstəqil Azərbaycanın memarının ölkənin inkişafı yolunda əvəzsiz xidmətlərindən, respublikanın tənəzzülə uğradığı bir vaxtda hakimiyyətə gələn dahi şəxsiyyətin dövlətçilik təcrübəsindən, siyasətnin respublikada əsaslı dönüş yaratmasından, hakimiyyəti müddətində vaxt ayırıb 4 dəfə Milli Kitabxanaya səfər etməsindən, bu gün ümummilli liderin məqsədyönlü siyasətinin davamçısı olan prezidentimiz cənab İlham Əliyevin müstəqil Azərbaycanı daha çiçəkləndirməsindən, bu istiqamətdə gördüyü işlərdən və s. danışdı.
Çıxışçılar - Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Knyaz Aslan, Bakı Humanitar Kollecinin Tədris işləri üzrə direktor müavini Rasim Rzaxanov ümummilli liderin şərəfli ömür yolundan, siyasi, iqtisadi, ictimai həyatın bütün sahələrində gördüyü işlərdən, əldə olunan nailiyyətlərdən,  gənc nəslə Azərbaycançılıq ideyalarının aşılanması istiqamətində kollecdə görülən işlərdən danışdılar. Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov “Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyəti və rolu”adlı məruzə ilə çıxış etdi.
Bakı Humanitar Kollecinin “Buta” rəqs ansamblı pantomim rəqslə və kollecin Cahangir Cahangirov adına tədris xor kollektivi çıxış etdilər.