close
icon E-kataloq və kitabxana

Bayram təbriki

25-06-2023

Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov kitabxananın kollektivini 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü və 28-29 iyun dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibətilə təbrik etmişdir.

O, Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və xalqımızın azadlığını qoruyan silahlı qüvvələrimizin şərəfli tarixindən danışmış, həmçinin dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə kollektivi ürəkdən təbrik etmiş, firəvan həyat, bol ruzi bərəkət arzu etmişdir. Bayram münasibətilə kollektiv xatirə şəkli çəkilmişdir.

icon

Foto qalereya