close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Akademik Bəkir Nəbiyev” adlı sərgini virtual rejimdə təqdim etdi

21-08-2020

Bu gün görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevin anadan olmasının 90 illiyi tamam olur.  Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən akademikin həyat və fəaliyyətinə dair hazırlanan “Akademik Bəkir Nəbiyev” adlı sərgi virtual rejimdə  təqdim olunmuşdur. Virtual sərgidə akademikin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, müəllifi, tərtib, tərcümə və  redaktoru olduğu kitablar, haqqında yazılan kitab və məqalələr təqdim olunur.                                                                   

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Bekir_Nebiyev/index.htm linkindən istifadə edə bilərlər.