close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Bəxtiyar Sadıqov - 70” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

07-01-2021

Bu ay Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun 70 illik yubileyi tamam olur. Bəxtiyar Sadıqov bir jurnalist və baş redaktor kimi Azərbaycanın tarixinin, xüsusən XIX əsrin sonları - XX əsrin əvvəllərində baş verən hadisələrin, xalqımızın həmin dövrdə qarşılaşdığı haqsızlıqların, yaşadığı faciələrin dönə-dönə ictimaiyyətin nəzərinə çatdırılmasında xüsusi rol oynamışdır. Dövlətçilik, vətənpərvərlik, milli-mənəvi dəyərlər, beynəlxalq qlobal problemlər və sosial məsələlər onun tez-tez toxunduğu mövzulardan olmuşdur. Bəxtiyar Sadıqovun publisistikası aktuallığı, müasirliyi, ümummilli mövqeyi, vətənpərvərliyi, mübarizliyi ilə seçilir. Bu yaradıcı xüsusiyyətlər əslində, Bəxtiyar Sadıqovun xarakterik keyfiyyətlərinin tərkib hissəsi kimi meydana çıxıb, fəaliyyətində də əksini tapan dəyərlərdir.

Bəxtiyar Sadıqovun 70 illik yubileyi münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Bəxtiyar Sadıqov - 70” adlı sərgi virtual rejimdəistifadəçilərə təqdim olunub. Virtual sərgidə Bəxtiyar Sadıqovun məqalələri, müəllifi, redaktoru olduğu kitablar, həyat və yaradıcılığı haqqında məqalələr, rəsmi sənəd, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Bextiyar_Sadiqov_70/index.html linkindən istifadə edə bilərlər.