close
icon E-kataloq və kitabxana

Beynəlxalq Muğam Mərkəzində Milli Kitabxana tərəfindən Nazim Hikmətin həyat və yaradıcılığından ibarət “Türk dünyasının Nazim Hikməti” başlığı altında kitab sərgisi açılmışdır.

07-03-2016

Martın 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə türk dünyasının böyük şairi Nazim Hikmətin xatirəsinə həsr olunmuş “Nazim Hikməti anma gecəsi” adlı tədbir keçirilmişdir.

Tədbirdə Milli Kitabxana tərəfindən Nazim Hikmətin həyat və yaradıcılığından ibarət “Türk dünyasının Nazim Hikməti”  başlığı altında kitab sərgisi açılmışdır. Sərgidə şairin Azərbaycan və xarici dillərdə kitabları, haqqında yazılmış kitablar sərgilənmişdir.

Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.